Türkiyədə qasırğa nəticəsində 3 nəfər ölüb FOTO/YENİLƏNİB
Fırtına əsasən İstanbul, Bursa, Aksaray və Aydında ciddi fəsadlara səbəb olub
11:35
Türkiyənin bir neçə vilayətində baş verən güclü fırtına nəticəsində 3 nəfər ölüb.
İstanbul Valiliyi xəbər verir ki, şəhərdə 45 ağac aşıb, 89 dam uçub, təhlükə yaradan 214 obyektlə bağlı müraciət daxil olub.
Həmçinin 1 tərk edilmiş bina və 1 istinad divarı çöküb. Ümumilikdə, 350 müraciət qeydə alınıb.
Fırtına əsasən İstanbul, Bursa, Aksaray və Aydında ciddi fəsadlara səbəb olub.
***
2026-01-08 20:46
Türkiyənin "Hava Forum" meteorologiya forumu İstanbulda qasırğa qüvvəli külək və fırtınaların baş verdiyini, nəticədə qayıqların batdığını, evlərin damlarının qopduğunu və ağacların aşdığını bildirir.



Xatırladaq ki, daha əvvəl güclü külək səbəbindən İstanbul hava limanına enə bilməyən təyyarənin təsviri yayımlanmışdı.

1 dəqiqədən az