İstanbulda hava şəraitinə görə məktəblər bir günlük bağlanıb
Bu barədə İstanbul Valiliyi məlumat yayıb

İstanbulda hava şəraiti ilə əlaqədar məktəblər bir günlük bağlanıb.
Türkiyə KİV xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Bildirilib ki, şəhərin Başakşehir, Esenyurt, Beykoz, Avcılar , Arnavutköy , Sultanqazi, Beylikdüzü Küçükçekmece ve Büyükçekmece rayonlarında məktəblər sabah bağlı olacaq.
Buna səbəb əlverişsiz hava şəraiti və aramsız yağan qardır.