XƏBƏRLƏR / Parlament

İstanbulda Parlamentlərarası İttifaqın iclası keçirilir

152-ci Assambleyada Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir

İstanbulda Parlamentlərarası İttifaqın iclası keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Aprelin 15-də İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası işə başlayıb.

    Bu il Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə təşkil olunan tədbirdə “Ümidin gücləndirilməsi, sülhün təmin edilməsi və gələcək nəsillər üçün ədalətin qorunması” mövzusu müzakirə ediləcək.

    Ümumilikdə 160-a yaxın ölkənin qatıldığı tədbirdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

    Assambleyada dünyanın müxtəlif ölkələrindən parlament sədrləri və deputatlar da daxil olmaqla 2400-dən çox nümayəndə iştirak edir.

    Tədbir çərçivəsində Assambleya sessiyaları, daimi komitə müzakirələri, forumlar və tematik görüşlər daxil olmaqla 80-dən çox tədbirin keçirilməsi planlaşdırılır.

    Qeyd edək ki, bu, İttifaqın İstanbulda keçirilən dördüncü Assambleyasıdır. Bundan əvvəlki tədbirlər 1934, 1951 və 1996-cı illərdə təşkil edilib.