XƏBƏRLƏR / Terror

İstanbulda terror aktına hazırlaşan İŞİD üzvü ələ keçirilib

Bu barədə Türkiyə KİV-i məlumat yayıb

İstanbulda terror aktına hazırlaşan İŞİD üzvü ələ keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin İstanbul şəhərində terror aktına hazırlaşan İŞİD terror təşkilatının üzvü Cemal A.Y. ələ keçirilib.

    Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

    Bildirilib ki, o, hüquq-mühafizə orqanlarının Bağcılar rayonundakı evinə təşkil etdiyi əməliyyat nəticəsində ələ keçirilib.

    Araşdırmalar nəticəsində məlum olub ki, adıçəkilən terrorçu Suriyada bomba hazırlanması və bombalı hücumların təşkili ilə bağlı təlimlər keçib. Sonra isə rəhbər şəxslərin təlimatı ilə qanunsuz yolla Türkiyəyə keçib.

    Terrorçunun evində axtarışlar zamanı İŞİD-lə əlaqəsini göstərən bəzi sənədlər ələ keçirilib.

    O, hüquqi prosedurdan sonra həbs olunub.