XƏBƏRLƏR / Hava

İsti hava yaxın günlərdə də davam edəcək?

Milli Hidrometeorologiya Xidmətinin proqnozu

İsti hava yaxın günlərdə də davam edəcək?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda və Abşeron yarımadasında iyunun 6-7-də havanın maksimal temperaturunun 31-36°, bəzi yerlərdə 38° olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

    Azərbaycanın rayonlarında iyunun 6-7-də havanın maksimal temperaturunun Naxçıvan MR və aran rayonlarında 35-38°, bəzi yerlərdə 40°, dağlıq rayonlarda 20-25°, bəzi yerlərdə 28-30° olacağı gözlənilir.