XƏBƏRLƏR / Hərbi

İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pirəkəşkül və Ağdərədə 22-26 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

      Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

      “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - MN-dən bildirilib.