İstiqlal Fədailəri: Çingiz Mustafayev SƏNƏDLİ FİLM

Bu filmdə Azərbaycan uğrunda canını fəda edən daha bir Çingiz Mustafayevi tanıyacaqsınız

  • Oxuma müddəti:

    1 dəqiqə

  • ANS-TV-nin "Heç kim və heç nə unudulmur" layihəsi çərçivəsində "İstiqlal Fədailəri: Çingiz Mustafayev. 1943-cü il.

    ANS Yayım və Media Şirkəti, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, "Balans Studiyası" və assosiativ tərəfdaş olan VMF Natural Frequencies təqdim edir:

    Bu filmdə siz Azərbaycan uğrunda canını fəda edən daha bir Çingiz Mustafayevi tanıyacaqsınız.

    Hekayə 1930-cu illərin sonunda müstəqil Azərbaycan dövlətini bərpa etmək istəyən gənclər təşkilatından bəhs edir.

    Hər bir Azərbaycanlı tariximizi bilməlidir! Bilməlidir ki, bugünkü müstəqilliyimizə aparan yollar dolaşıq, çətin və şəhid qanı ilə suvarmış yol olub. Müstəqil Azərbaycan dövlətçiliyi uğrunda mücadilə daim cərəyan edib və biz bu günümüzü öz həyatı bahasına yaxınlaşdıran azərbaycanlıları tanımalıyıq!

    İndiki gənclərimiz bilməlidir ki, onların layiqli sələfləri olub və digər xalqlarda olduğu kimi, onlar da Vətənimizin müstəqilliyi uğrunda daim mücadilə ediblər!

    Allah Azərbaycan uğrunda canını fəda edən vətəndaşlarımıza rəhmət eləsin! Sizin qəhrəmanlığınız daim bizim ürəyimizdə yaşayacaq!