İstiqlal mücadiləsinin fədailəri: Çingiz Mustafayev
Azərbaycan müstəqilliyinin ildönümünə həsr olunub
ANS-TV-nin "Heç kim və heç nə unudulmayacaq" layihəsi çərçivəsində "İSTİQLAL MÜCADİLƏSİNİN FƏDAİLƏRİ: ÇİNGİZ MUSTAFAEV, 1943-cü il"
Bu 34 dəqiqəlik filmdə Siz Azərbaycan uğrunda canını fəda edən daha bir Çingiz Mustafayevi, mənim əmimi tanıyacaqsınız. Bu hekayə 1930-cu illərin sonunda Müstəqil Azərbaycan Dövlətini bərpa etmək istəyən gənclər təşkilatından bəhs edir. Əmim Çingiz Mustafayevin bu il 100 ili tamam olmalı idi! Lakin 21 yaşında Vətən uğrunda repressiyaya məruz qalaraq həlak oldu. Qardaşım Çingizin adını da atam məhz tale ilə mübarizə edərək qardaşının adı ilə qoydu. Amma tale yenə də qalib gəldi. İn şa Allah, mənim oğlum Çingiz Mustafayevin həyatı taleyin Şəhadət yoluna son qoyacaq! Ailə olaraq hamımız bu mübarizəni davam etdiririk!
Hər bir Azərbaycanlı tariximizi bilməlidir!
Bilməlidir ki, bugünkü Müstəqilliyimizə aparan yollar dolaşıq, çətin və Şəhid qanı ilə suvarılmış yol olub. Müstəqil Azərbaycan Dövlətçiliyi uğrunda mücadilə daim cərayan edib və biz bu günümüzü öz həyatı bahasına yaxınlaşdıran Azərbaycanlıları tanımalıyıq!
İndiki gənclərimiz bilməlidir ki, onların layiqli sələfləri olub və digər xalqlarda olduğu kimi, onlar da Vətənimizin Müstəqilliyi uğrunda daim mücadilə ediblər!
Tarixçilər Ziya Bünyadov və Seyfulla Mustafayevin araşdırmaları, rejissor Vahid Mustafa yev və Rasim Müzəffərlinin ssenarisi əsasında bu film gələcək üç filmdən biridir.
Tarixçilər Ziya Bünyadov və Seyfulla Mustafayevin araşdırmaları, rejissor Vahid Mustafa yev və Rasim Müzəffərlinin ssenarisi əsasında bu film gələcək üç filmdən biridir.
Bu təşkilatdan əvvəl və sonra da Azərbaycanlı gənclər bu cür mücadilə nümunələri göstəriblər və 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yüsifbəyli, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov və Azərbaycan Dövlətinin digər qurucularının yolunu layiqincə davam etdiriblər... və bu səbəbdən biz bu gün Müstəqil Azərbaycanda yaşayırıq!
Allah Azərbaycan uğrunda CANLARINI FƏDA EDƏN VƏTƏNDAŞLARIMIZA RƏHMƏT ELƏSİN! Sizin qəhrəmanlığınız daim bizim ürəyimizdə yaşayacaq!
Vahid Mustafayev
Vahid Mustafayev