XƏBƏRLƏR / Ticarət

“İstisu”nun Minskdə təqdimatı olub

Kəlbəcərdə istehsal olunan bu suyun ixracına dair niyyət protokolu imzalanıb

“İstisu”nun Minskdə təqdimatı olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın azad edilmiş ərazilərində istehsal edilən ilk məhsul olan “İstisu”nun Belarusda təqdimatı olub.

    Təqdimatda Azərbaycanın Baş naziri Əli Əsədov, Belarus Respublikasının Baş naziri Roman Qolovçenko iştirak edib.

    Azərbaycan və Belarusun müvafiq şirkətləri arasında Kəlbəcərdə zavodda qablaşdırılan “İstisu”nun bu ölkəyə ixracı ilə əlaqədar niyyət protokolu imzalanıb.