
16:10
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayev Kəlbəcər rayonunda dəfn ediliblər.
Şəhidlərlə vida mərasimi Kəlbəcər şəhər Şəhidlər xiyabanında keçirilib.
Mərasimdə şəhidlərin ailə üzvləri, yaxınları, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.
Şəhidlərin nəşi yaylım atəşi altında torpağa tapşırılıb.
***
15:02
Birinci Qarabağ müharibəsində itkin düşən Kəlbəcər sakininin qalıqları ailələrinə təhvil verilib.
Kəlbəcər rayonunun Taxtabaşı kənd sakinləri olan hərbçilər Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Camal oğlu və Qarayev Qafar Qəmbər oğlunun qalıqları Kəlbəcər şəhərinə gətirilib.
Hazırda şəhidlərlə vida mərasimi keçirilir. Qalıqlar bu gün Kəlbəcər şəhər qəbiristanlığında dəfn ediləcək.
Bu, işğaldan azd ediləndən sonra Kəlbəcərdə ilk dəfn mərasimidir.
Qeyd edək ki, hər üç şəxs 1993-cü il martın 27-də Kəlbəcərin Çıraqlı kəndi istiqamətinfə itkin düşüblər.