İYİ Partiyasının qərargahına silahlı hücum oldu FOTO
Bu barədə Türkiyə mediası xəbər yayıb
18:59
“İYİ Partiya”nın İstanbulda binasına silahlı hücumu törədən şəxs saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
***
Türkiyədə İYİ Partiyasının İstanbul vilayət təşkilatının qərargahına silahlı hücum olub. Türkiyə mediası xəbər yayıb ki, naməlum şəxs və ya şəxslər partiya binasının pəncərələrini gülləboran edib.
Hadisəni törədən və ya törədənlər ərazidən qaçmağı bacarıb. Hazırda polislərin İstanbulun Zeytinburnu rayonunda yerləşən qərargahı nəzarətə götürdüyü və araşdırmaların apardıldığı bildirilib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib: "İYİ Partiyasının əyalət binasına hücum təxribatdır. Polisimiz hadisəyə aydınlıq gətirmək üçün araşdırma aparır. Hadisəni törədənlər ən qısa zamanda tapılacaq.
Hadisənin səbəbini müəyyən etmədən düşmənçiliyə yönəltmək həm təxribatdır, həm də bu mənfur hadisəyə görə siyasi fürsətçiliyi yaymaqdır".