610 hektaradək ərazi minalardan tam təmizlənib FOTO
Müdafiə Nazirliyinin məlumatı
Bu ay azad edilmiş ərazilərdə 70 km-dən artıq mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Bundan başqa, mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyət nəticəsində yeni təminat yolları çəkilib. Cari ilin iyul ayı ərzində 70 km-dən artıq mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib", - məlumatda qeyd olunub.
Həmçinin Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərdə cari ilin iyul ayı ərzində 610 hektaradək ərazi minalardan tam təmizlənib.