XƏBƏRLƏR / Hava

İyulun 22-dək dağlıq və dağətəyi rayonlarda leysan olacaq

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb

İyulun 22-dək dağlıq və dağətəyi rayonlarda leysan olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 16-dan 22-dək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda qeyd olunub.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.