Kahramanmaraşda iki azərbaycanlı tələbə xilas edilib
Qızların vəziyyətinin orta-ağır olduğu bildirilir
Kahramanmaraşda iki azərbaycanlı tələbə - Gülşən və Jalə Cəfərova bacıları evlərinin dağıntıları altından xilas edilib. Qızların vəziyyətinin orta-ağır olduğu bildirilir. Bu barədə jurnalist İbrahim Nəbioğlu telegram kanalında bildirib.
Ümumiyyətlə, bu gün səhər saatlarında Türkiyədə baş verən dəhşətli zəlzələnin episentri olan Kahramanmaraş şəhərində yaşayan azərbaycanlıların vəziyyəti necədir? "Diaspor TV"nin bu və digər suallarını Sütçü İmam Universitetinin müəllimi və doktorantı olan azərbaycanlı Həmran Əmirli cavablandırır.