Kahramanmaraşda yenə zəlzələ oldu
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb
Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ olub. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Vilayətin Onikişübat bölgəsində baş verən yeraltı təkan Rixter şkalasında 4.3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 6.94 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.