Kamala Harrisin 200 min dollarlıq zinət əşyaları FOTO
Bu barədə "Daily Mail" məlumat yayıb
Demokratlar Partiyasından prezidentliyə namizəd və ölkənin vitse-prezidenti Kamala Harrisin 200 min dollardan çox dəyərində zərgərlik kolleksiyası var.
Bu barədə "Daily Mail" məlumat yayıb.
Məlumata görə, siyasətçinin zinət əşyalarına 18,5 min dollar dəyərində qızıl "Tiffany" boyunbağı, üç "Cartier" saatı, o cümlədən polad və qızıldan hazırlanmış 16,5 min dollar dəyərində "Ballon Bleu" daxildir.
Onun həmçinin Los-Ancelesdən olan məşhur zərgər İrene Neuvirtdən bir neçə eksklüziv mirvari zinət əşyaları var.