XƏBƏRLƏR / İctimaiyyət

"Kanal 13" televiziyasının direktorunun evində axtarış gedir

İnternet televiziyasının icraçı direktoru Əziz Orucovun yaşadığı evdə axtarış başlayıb

"Kanal 13" televiziyasının direktorunun evində axtarış gedir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova "Turan"a bildirib ki, axtarış məhkəmə qərarı ilə aparılır və vəkil Bəhruz Bayramov iştirak edir.

    “Hazırda evimizdə 8 nəfər polis əməkdaşı axtarış aparır. Onlardan birinin üzü açıqdır, qalanları maskalıdır. Nə axtardıqları barədə hər hansı məlumat vermirlər”, - deyə o, qeyd edib.

    Xatırladaq ki, axtarış “Abzas Media” internet dərgisinin direktoru, direktyor müavini və baş redaktorunun həbsindən sonraya təsadüf edir.

    Bundan əvvəl Əziz Orucov 2017-ci ilin mayında qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui istifadə ittihamı ilə saxlanılıb və 2017-ci ilin dekabrın 15-də 6 il həbsə məhkum edilib. O, özünü təqsirkar bilməyib.

    2018-ci il arelin 4-də Ali Məhkəmə hakim Əli Seyfəliyevin sədrliyi ilə Əziz Orucovun azadlığa buraxılması barədə qərar qəbul edib.

    Məhkəmə jurnalistin hərəkətində cinayət tərkibinin olmadığını nəzərə alaraq 192.2.2-ci maddə (qanunsuz sahibkarlıq) üzrə ittihamı Orucovun üzərindən götürüb.

    308.2-ci maddə (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) üzrə ittiham isə daha yumşaq - 308.1-ci maddəyə tövsif edilib.

    Onun cəza müddəti 3 ilədək azaldılıb və məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib - üç il sınaq müddəti olmaqla şərti cəzanın tətbiqi və jurnalistin həbsdən azad edilməsi barədə qərar qəbul edib.