XƏBƏRLƏR / İctimaiyyət

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Karla Bruni sabiq prezident Nikola Sarkozinin həyat yoldaşıdır

Karla Bruni şübhəli şəxs qismində dindirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fransanın keçmiş birinci xanımı Karla Bruni sabiq prezident Nikola Sarkozinin prezident seçkisi kampaniyasının maliyyələşdirilməsi işi ilə bağlı növbəti dəfə dindirilib.

    Fransa KİV-i xəbər verir ki, modelyer bu dəfə şübhəli şəxs qismində dindirilib. Halbuki o, indiyədək prosesə yalnız şahid kimi cəlb edilmişdi. Müstəntiqlər hələ ki, Karla Bruni-Sarkozi barədə heç bir qərar qəbul etməyiblər. Onun vəkilləri də məsələ ilə bağlı mətbuata hər hansı bir açıqlama verməkdən imtina edirlər.

    Qeyd edək ki, 2007-2012-ci ildə Fransa prezidenti olmuş Nikola Sarkozinin seçki kampaniyasını Liviyanın mərhum rəhbəri Qəddafinin maliyyələşdirdiyi iddia edilir. Mandatı başa çatdıqdan sonra Sarkoziyə qarşı cinayət işi açılıb.