XƏBƏRLƏR / Dünya

Keçmiş baş nazir Devid Kemeron xarici işlər naziri oldu

Bu barədə "The Telegraph" nəşri xəbər yayıb

Keçmiş baş nazir Devid Kemeron xarici işlər naziri oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron ölkənin yeni xarici işlər naziri olacaq, "The Telegraph" qəzeti xəbər verir.

    “Kameron yeni xarici işlər naziri təyin edilib”, - nəşr yazır.

    Bundan əvvəl ölkənin hakim Mühafizəkarlar Partiyası Baş nazir Rishi Sunakın bazar ertəsi ölkənin Nazirlər Kabinetində dəyişiklik edəcəyini açıqlamışdı; daxili işlər naziri Suella Braverman artıq vəzifəsindən azad edilmişdi. Daha sonra Böyük Britaniyanın baş nazirinin ofisi keçmiş xarici işlər naziri Kleverlinin Daxili İşlər Nazirliyinin yeni rəhbəri olduğunu təsdiqləyib.

    Devid Kemeron 2010-2016-cı illərdə Böyük Britaniyanın baş naziri olub.