XƏBƏRLƏR / Qayıdış

Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb

DİN-in məlumatı

Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Qozlukörpü kəndi ərazisindən 9 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bundan başqa, rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, 2 ədəd partlayıcı başlığı, 2 ədəd “M-75” əl qumbarası, 4 ədəd avtomat darağı və çoxlu sayda patron aşkarlanıb.

    Partlayıcı sursatlar təhlükəsizlik tədbirləri görülərək ərazidən götürülüb.