Kəlbəcərdəki qəzada yaralanan sürücü 3 gün sonra ölüb
Heydərov Yasin Muxtar oğlu ağır vəziyyətdə Gəncə Şəhər Mərkəzi xəstəxanasına aparılmışdı

Martın 2-də saat 15 radələrində Kəlbəcərdə baş vermiş qəzada xəsarət alan şəxs 3 gün sonra ölüb.
Şirkətlərdən birində sürücü işləyən 1980-cı il təvəllüdlü Heydərov Yasin Muxtar oğlunun idarə etdiyi "MAN" markalı yük maşını Qamışlı kəndində aşıb.
Ağır vəziyyətdə Gəncə Şəhər Mərkəzi xəstəxanasına aparılan 44 yaşlı sürücü martın 5-də orada ölüb.
Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.