XƏBƏRLƏR / Təbiət

Keniyada daşqında azı 13 nəfər ölüb

Bu barədə BMT-nin müvafiq Ofisi məlumat yayıb

Keniyada daşqında azı 13 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Keniyada daşqınlar nəticəsində azı 13 nəfər həlak olub, 15 min nəfər təxliyə edilib.

    Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.

    Güclü yağışların yaratdığı təbii fəlakət, həmçinin infrastrukturun zədələnməsinə, yolların su altında qalmasına, mal-qaranın tələfatına səbəb olub.

    Keniya Meteorologiya Departamentinin məlumatına görə, martın ikinci yarısında başlayan yağış mövsümü may ayının sonuna qədər davam edəcək. Leysan aprelin 15-dək ölkənin əksər hissəsində davam edəcək.