XƏBƏRLƏR / Hərbi

Kərim Vəliyev NATO Qərargah rəislərinin toplantısında FOTO

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir YENILƏNİB

Kərim Vəliyev NATO Qərargah rəislərinin toplantısında FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 12:21

    Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasında iştirak edib. 

    NATO-nun üzv və tərəfdaş ölkələri ordularının baş qərargah rəislərinin iştirakı ilə keçirilən iclasda çıxış edən general-polkovnik K.Vəliyev ölkəmizin NATO ilə əməkdaşlığının inkişaf perspektivləri, Qətiyyətli Dəstək Missiyası və digər əməliyyatlarda fəaliyyəti, habelə Azərbaycan Ordusunun NATO-nun keçirdiyi müxtəlif təlim və tədbirlərdə əldə etdiyi təcrübədən danışıb. 

    Azərbaycanın Avro-Atlantik məkanında və onun hüdudlarından kənarda sülhə və təhlükəsizliyə daim töhfə verdiyini qeyd edən general-polkovnik K.Vəliyev, ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş tərəfdaş kimi beynəlxalq sülhə və təhlükəsizliyə daha çox töhfə vermək niyyətində olduğunu bildirib.

    Səfər çərçivəsində Baş Qərargah rəisinin iclasda iştirak edən bəzi həmkarları ilə görüşləri planlaşdırılır.

    ***

    Yanvarın 15-17-də NATO-ya üzv və tərəfdaş dövlətlərin Qərargah rəisləri formatında NATO Hərbi Komitəsinin iclasında iştirak etmək üçün Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti , Brüsseldə işgüzar səfərdədir.

    Görüşün məqsədi müasir qlobal və regional təhlükələr və çağırışlar barədə məlumatlılığın artırılması, eləcə də onların aradan qaldırılması üçün kollektiv həll yollarının tapılmasıdır.

    İqlim dəyişikliyi, geniş yayılmış qeyri-sabitlik, yeni və pozucu texnologiyalar, hibrid və kiber təhdidlər, tərəfdaş dövlətlərin NATO-nun başçılıq etdiyi əməliyyatlarda və missiyalarda iştirakı dövründə həyati dəstəkləyən mühüm infrastrukturların davamlılığı ilə bağlı məsələlər müzakirə olunacaq.