XƏBƏRLƏR / Qayıdış

Köç karvanları Kərkicahan, Xanyurdu və Təzəbinəyə çatıb

YENİLƏNİB

Köç karvanları Kərkicahan, Xanyurdu və Təzəbinəyə çatıb
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 14:44

    Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsibə növbəti köç həyata keçirilib, sakinlərə mənzillərin açarları təqdim olunub.

    Mərasimdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, doğma yurda qayıdan sakinləri əlamətdar gün münasibətilə təbrik edib.

    Qeyd olunub ki, köç edən ailələrin sosial rifahı və məşğulluğu daim diqqət mərkəzində saxlanılır, onlar üçün həm dövlət, həm də özəl sektorda iş imkanları yaradılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də zəruri şərait mövcuddur.

    Sonra Kərkicahan qəsəbəsinə köçən 5 ailə - 25 nəfərə, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə - 24 nəfərə, Təzəbinə kəndinə isə 8 ailə - 41 nəfərə mənzillərin açarları təqdim olunub.

    ***

    13:16

    Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə köç karvanları yola salınıb.

    Bu mərhələdə Kərkicahan qəsəbəsinə 5 ailə - 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə - 24 nəfər, Təzəbinə kəndinə isə 8 ailə - 41 nəfər köçürülür.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın rayonu
    Laçın - 2245 nəfər (607 ailə)
    Bəylik - 316 nəfər (79 ailə)
    Zabux - 823 nəfər (217 ailə)
    Sus - 215 nəfər (59 ailə)

    Füzuli rayonu
    Füzuli - 3136 nəfər (823 ailə)

    Zəngilan rayonu
    Ağalı - 981 nəfər (216 ailə)
    Məmmədbəyli - 856 nəfər (168 ailə)

    Ağdərə rayonu
    Suqovuşan - 591 nəfər (180 ailə)
    Talış - 90 nəfər (20 ailə)
    Həsənriz - 985 nəfər (254 ailə)
    Kolatağ - 120 nəfər (33 ailə)
    Vəngli - 528 nəfər (135 ailə)
    Aşağı Oratağ -119 nəfər (31ailə)
    Çapar-  96 nəfər (26 ailə)
    Heyvalı - 74 nəfər (19 ailə)
    Çıldıran - 48 nəfər (13 ailə)

    Şuşa rayonu
    Şuşa - 1396 nəfər (371 ailə)

    Xocalı rayonu
    Xocalı - 482 nəfər (111 ailə)
    Ballıça - 1034 nəfər (232 ailə)
    Təzəbinə - 646 nəfər (146 ailə)
    Xanyurdu - 445 nəfər (126 ailə)
    Şuşakənd - 418 nəfər (110 ailə)
    Badara - 266 nəfər (73 ailə)
    Seyidbəyli - 251 nəfər (69 ailə)
    Daşbulaq - 109 nəfər (26 ailə)

    Cəbrayıl rayonu
    Cəbrayıl 2866 nəfər (659 ailə)
    Horovlu - 782 nəfər (268 ailə)

    Ağdam rayonu
    Ağdam şəhəri - 308 nəfər (83 ailə)
    Sarıcalı - 771 nəfər (185 ailə)
    Kəngərli - 1129 nəfər (269 ailə)
    Xıdırlı - 2471 nəfər (623 ailə)

    Xocavənd rayonu
    Hadrut - 182 nəfər (46 ailə)
    Qırmızı Bazar - 513 nəfər (122 ailə)
    Sos - 360 nəfər (85 ailə)

    Kəlbəcər rayonu
    Kəlbəcər - 449 nəfər (108 ailə)

    Xankəndi
    Xankəndi şəhəri - 162 nəfər (36 ailə) 
    Kərkicahan - 142 nəfər (35 ailə)



    Cəmi: 26 462 nəfər

    Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 70 minə yaxın insan yaşayır.