
Bakının Səbail rayonunda güllələnmə hadisəsi baş verib.
Hadisə Şıxov qəsəbəsi ərazisində qeydə alınıb.
1991-ci il təvəllüdlü Məmmədova Cəmilə Rəşad qızı evdə keçmiş əri ilə mübahisə edib. Mübahisə zamanı keçmiş əri ona odlu silahdan atəş açıb. Qadın sol qolun sümüyünün zədələnməsi diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparıır.