XƏBƏRLƏR / Münaqişə

Kiyev vilayətində matəm elan edilib

Avqustun 5-i gecəsi edilən kütləvi raket və dron hücumu nəticəsində 16 mülki şəxs həlak olub

Kiyev vilayətində matəm elan edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Kiyev vilayətinə avqustun 5-i gecəsi edilən kütləvi raket və dron hücumu nəticəsində yaralıların sayı 36 nəfərə çatıb, 16 mülki şəxs həlak olub.

    Bu barədə Kiyev Regional dövlət administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram”da məlumat verib.

    Tkaçenkonun sözlərinə görə, ən çox ziyan Brovarski rayonuna dəyib; burada Rusiya ordusu 10 nəfəri öldürüb, daha 16 sakin yaralanıb. On doqquz obyektə, o cümlədən yeddi anbar, bir sənaye müəssisəsi, üç fərdi ev, bir istixana və yeddi yük maşınına ziyan dəyib.

    Buça rayonunda 5 nəfər həlak olub, daha 16 mülki şəxs yaralanıb. Qırx obyektə - beş anbar, bir fərdi ev və 34 nəqliyyat vasitəsinə ziyan vurulub.

    Regional administrasiya rəhbəri vurğulayıb ki, Rusiyanın raket və dron hücumu qurbanları üçün Kiyev bölgəsində matəm elan edilib. Matəm əlaməti olaraq, Kiyev bölgəsində Ukraynanın Dövlət bayrağı yarıyadək endiriləcək və əyləncə tədbirləri məhdudlaşdırılacaq.