XƏBƏRLƏR / Kriminal

Köçəryanın oğlu 2 ay müddətinə həbs olundu

Bu barədə vəkil Aleksandr Koçubayev məlumat verib

Köçəryanın oğlu 2 ay müddətinə həbs olundu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hərbi cani Robert Köçəryanın oğlu Sedrak Köçəryan haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Bu barədə vəkil Aleksandr Koçubayev məlumat verib.

    "Sedrak Köçəryanın barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib", - vəkil deyib.

    Məlumata görə, Ermənistan Baş Prokurorluğu Köçəryana qarşı üç cinayət ittihamı irəli sürüb.

    Qeyd edək ki, Sedrak Köçəryan, atası kimi, dünən səhər tezdən evlərində aparılan axtarışlardan sonra saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda çirkli pulların yuyulması, rüşvətxorluqda ittiham olunurlar.

    Həbsdən sonra Robert Köçəryanın səhhəti pisləşib və o, təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Buna görə də, vəziyyəti sabitləşdikdən sonra onun məhkəməyəqədərki həbs qətimkan tədbiri yenidən nəzərdən keçiriləcək.

    Davam edən istintaq çərçivəsində 25 avqustda keçmiş prezidentin ailəsinə məxsus şirkətlərdə axtarışlar aparılıb. Daha sonra şirkətlər möhürlənib.