Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan bildirilib ki, Günəşin fəallığı zəifləyib, əsasən C sinif alışmalar baş verib. Tac kütlə atılmaları müşahidə olunub. Günəşin səthində ləkələrin sayı azalaraq 6 ləkə qrupunda 86 ləkə və tac dəlikləri müşahidə olunur. Mürəkkəb maqnit qütbləşməsinə malik ləkə qeydə alınmayıb.
Günəş küləyinin maksimal sürəti saniyədə 655 kilometrədək artıb.
Mayın 25-dən 31-dək C sinif alışmanın baş verməsi ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyinin mənfi qütblü tac dəliyi axınlarının təsirilə yenidən normadan yüksək olacağı gözlənilir.
Geomaqnit sahəsi mənfi qütblü tac dəliyi axınlarının təsiri ilə aktiv səviyyəyə kimi dəyişəcək.
1 dəqiqə