XƏBƏRLƏR / Kriminal

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib

Ölən və yaralananlar var VİDEO

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Krasnodar şəhərində çoxfunksiyalı xidmət mərkəzinə (MFC) maçete (döyüşlərdə istifadə olunan enli bıçaq) ilə silahlanmış şəxsin hücumu nəticəsində bir nəfər ölüb, daha beş nəfər yaralanıb.

    Hadisə "West Mall" ticarət mərkəzində yerləşən MFC-də baş verib.

    Məlumata görə, gənc şəxs mərkəzə daxil olaraq orada olan insanlara hücum edib. İlkin məlumata əsasən, bir nəfər hadisə yerində həyatını itirib, beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

    Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.

    Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hücumçunu saxlayıblar.

    VİDEO

    Hadisənin motivləri və digər təfərrüatlar araşdırılır.