XƏBƏRLƏR / Hərbi

Kremldən Rusiya ordusunun sayının artırılmasına açıqlama

Qeyd edək ki, Putinin fərmanı ilə Rusiya ordusunda hərbi qulluqçuların sayı 180 min nəfər artırılıb

Kremldən Rusiya ordusunun sayının artırılmasına açıqlama
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kreml Rusiya ordusunun şəxsi heyətinin sayının artırılmasına aydınlıq gətirib.

    Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Silahlı Qüvvələrinin sayının ölkəyə təhdidlər və Qərbdəki son dərəcə düşmən vəziyyətə görə artırıldığını söyləyib.

    Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin öz fərmanı ilə Silahlı Qüvvələrin ştat sayını 2 milyon 389 min nəfərə, o cümlədən 1,5 milyon hərbi qulluqçuya çatdırıb.

    Prezidentin fərmanı ilə Rusiya ordusunda hərbi qulluqçuların sayı 180 min nəfər artırılıb.