XƏBƏRLƏR / İctimaiyyət

Kubada camahat Kommunist Partiyasının ofisini yandırıb

Ardıcıl səkkizinci gecədir ki, Kubanın əhəmiyyətli bir hissəsində elektrik kəsilir

Kubada camahat Kommunist Partiyasının ofisini yandırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şənbə gecəsi Moron şəhərində (Siego de Avila əyaləti) etirazçılar Kuba Kommunist Partiyasının yerli ofisinə soxularaq onu yandırıblar.

    Şahidlərin sözlərinə görə, binadan mebel, portretlər və təşviqat materialları çıxarılıb, sonra isə onları yığıb küçədə böyük bir tonqal yandırıblar.

    Etirazlar şiddətli enerji böhranı fonunda baş verir: ardıcıl səkkizinci gecədir ki, Kubanın əhəmiyyətli hissəsi geniş yayılmış elektrik kəsintiləri səbəbindən elektriksiz qalır.

    Xəstəxanalar ehtiyat generatorlarla işləyir, çörək sexləri odunla çörək bişirməyə məcbur olur və ərzaq təchizatı sürətlə azalır.