XƏBƏRLƏR / Hava

Külək güclənəcək, yağış və qar yağacaq

Sinoptiklər xəbərdarlıq edirlər

Külək güclənəcək, yağış və qar yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Martın 26-da Bakıda və Abşeron yarımadasında gündüz qısa müddətə cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəzlənəcəyi, küləyin maksimal sürətinin arabir 15-20 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, martın 26-sı gündüz Qərb rayonlarından başlayaraq 27-si səhərədək Azərbaycanın regionlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Gəncə-Qazax, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, martın 26-sı gündüzdən 27-si gündüzədək arabir 23-28 metrədək, ayrı-ayrı yerlərdə arabir 32-37 metrədək güclənəcəyi proqnozlaşdırılır.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.