XƏBƏRLƏR / Hava

Külək güclənib, qar yağıb

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Külək güclənib, qar yağıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, bu gün saat 09:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi qərb küləyi bəzi yerlərdə arabir güclənib.

    Hava şəraiti 5-i axşam bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olub, qar yağıb.

    Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 25 m/s, Daşkəsəndə 30 m/s, Yardımlı, Qobustanda 24 m/s, Lerikdə 22 m/s, İsmayıllı, Göyçayda 18 m/s, Sabirabad, Altıağacda 17 m/s, Naftalan, Quba, Gədəbəydə 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.

    Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.7 metrə çatıb.

    Qar örtüyünün hündürlüyü Ordubadda 37 sm, Qaxda (Sarıbaş) 33 sm, Qrızda 5 sm, Gədəbəy, Sədərəkdə 3 sm, Qusarda 2 sm, Quba, Şahbuzda 1 sm olub.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da 9, Aran rayonlarında 16, dağlıq rayonlarda 10 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta olub.

    Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı axşamadək davam edəcək.