XƏBƏRLƏR / Hava

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verildi

Milli Hidrometrologiya Xidmətinin məlumatı

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın bəzi bölgələrində noyabrın 24-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometrologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Kəlbəcər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Gədəbəy, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Quba, Xızıda fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu sarı xəbərdarlığa uyğundur.

    Xaçmaz, Şabran, Siyəzən, Qusarda isə fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.