XƏBƏRLƏR / Hava

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verildi

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə aprelin 4-6-da külək güclənəcək.

    Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Belə ki, Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

    Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.