Küləkli hava İlə bağlı narıncı xəbərdarlıq elan olunub
Milli Hidrometeorologiya Xidməti Xəbərdarlıq edir
Milli Hidrometeorologiya Xidməti martın 27-si gündüzdən 29-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Gəncə, Quba, Qobustan, Mingəçevir, Xaçmaz, Gədəbəy, Göygöl, Hacıqabul, Neftçala, Kəlbəcər, Laçın, Zəngilan, Şəmkir, Samux, Yevlax, Salyan, Şirvan, Goranboy, Naftalanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Tovuz, Qazax, Ağstafa, Daşkəsən, Siyəzən, Xızı, Qusar, Şabranda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
1 dəqiqədən az