XƏBƏRLƏR / Hava

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Milli Hidrometeorologiya Xidməti aprelin 24-25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

    Bu barədə xidmətdən məlumat verilib.

    Bildirilib ki, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağdam, Lerik, Yardımlı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Qusar, Xızı, Salyan və Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

    Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9–20.7 metr təşkil edəcək.