Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidmətinin məlumatı
Milli Hidrometeorologiya Xidməti iyunun 2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bu barədə xidmətdən bildirilib.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Quba, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.
Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9–20.7 metr təşkil edəcək.
1 dəqiqədən az