XƏBƏRLƏR / Hava

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Dalğanın hündürlüyü 6 metrə çatacaq

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

    Bu barədə GHİM-in Mətbuat Xidmətindən məlumat verilib.

    Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi oktyabrın 19-na səhərə qədər davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-27 m/s-dək güclənəcəyi gözlənilir.

    Dalğanın hündürlüyünün isə 2-3 metrə, sonrakı inkişafda 4-6 metrə çatacağı proqnozlaşdırılır.