XƏBƏRLƏR / Hava

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bəzi bölgələrdə sentyabrın 29-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Goranboy, Naftalan, Daşkəsən, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Salyanda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.