Laçın rayonun Bəylik kəndindən FLƏŞMOB
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi təqdim edir
Laçın rayonun Bəylik kəndi də Böyük Qayıdışın simvollarından birinə çevrilir. Bu torpağın sahiblərinin doğma yurda dönüşüdür. Otuz üç illik sükutdan sonra Bəylik kəndi yenidən doğma sakinlərinin səsi ilə oyanır...
Prezident İlham Əliyevin təsdiq etdiyi Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində tikilən Bəylik kəndi müasir yaşayış məntəqəsidir. Burada hər evdən ətrafa - dağlara, yamaclara sakinlərin xoş səs-sədası yayılır. Onlar öz doğma ocaqlarının istisində gələcəyə yeni ümidlərlə addımlayacaqlar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi kənd sakinlərinin iştirakı ilə keçirilmiş flaşmobdan hazırlanmış videoçarxı təqdim edir.