XƏBƏRLƏR / Münaqişə

Laçın yolundakı aksiyanın 111-ci günüdür

Aksiya iştirakçıları ötən gecə boyu yüksək fəallıq nümayiş etdiriblər  

Laçın yolundakı aksiyanın 111-ci günüdür
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 111 gündür davam edir.

    Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiya ərazisində heç bir insident baş verməyib. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

    Havanın temperaturunun aşağı düşməsinə, soyuq və yağışlı hava şəraitinin hökm sürməsinə baxmayaraq, onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər. Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

    Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

    Ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.