XƏBƏRLƏR / Hava

Laçına ilk qar yağıb

Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində çalışırlar

Laçına ilk qar yağıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçın şəhərinə payız mövsümün son günlərində ilk qar yağıb.

    Gecə saatlarında fasiləli şəkildə yağmağa başlayan qar səhər saatlarında şəhərdə ağ örpək yaradıb. Hazırda şəhərdə qar yağıntısı dayansa da, buludlu hava şəraiti və mənfi 4 dərəcə temperatur müşahidə olunur.

    Qeyd edək ki, şəhərə ilk qar yağsa da, əvvəlki günlərdə Laçının yaylaq ərazilərinə və bir çox kəndlərinə də qar yağıb. Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Dövlət Yol Polisi, həmçinin Post Patrul xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.



    AZƏRTAC