XƏBƏRLƏR / İctimaiyyət

Laçında 1,2 ton çətənə kolu məhv edilib

DİN xəbər verir

Laçında 1,2 ton çətənə kolu məhv edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçında 1 ton 200 kiloqram çətənə kolu məhv edilib.

    Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Hoçaz kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

    Ümumi çəkisi 1 ton 200 kiloqram olan 782 ədəd çətənə kolu məhv edilib.