Laçında Bayraq yürüşü keçirilir
Bayraq meydanından başlayan yürüş Seyrəngah adlı əraziyə qədər davam edəcək
Laçın şəhərində Zəfər Günü münasibətilə Bayraq yürüşü keçirilir.
Yürüşdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Bakı Abadlıq” MMC-nin rəsmiləri, Laçın sakinləri, hərbçilər, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edirlər.
Bayraq meydanından başlayan yürüş Seyrəngah adlı əraziyə qədər davam edəcək.
Sonra Seyrəngahda bədii hissə nəzərdə tutulub. Həmçinin Laçın bulvarında bayram konserti olacaq.