Laçında “İslimi” Xalçaçılıq mərkəzi fəaliyyətə başlayıb FOTO
Burada Laçın çeşnilərini özündə əks etdirən xalçaları ərsəyə gətiriləcək
Laçın şəhərində “İslimi” Xalçaçılıq mərkəzi açılıb.
Bu mərkəz Laçının hələ qədimdən məşhur xalçalarının olduğu nəzərə alınaraq yaradılıb. Burada Laçın çeşnilərini özündə əks etdirən xalçaların ərsəyə gətirilməsi ilə yanaşı, həm də sakinlərin məşğulluğu təmin olunacaq.
Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər.
Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanışlıq olublar.