Laçında növbəti əmək yarmarkası keçiriləcək FOTO
Elanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi verib
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi növbəti əmək yarmarkasını Laçında keçirəcək.
Tədbir 29 oktyabr 2025-ci il tarixində, saat 11:00-da Laçında yerləşən Azərbaycan Respublikası Prezident Administrasiyasının Laçın İstirahət Kompleksində keçiriləcək.

İstirahət kompleksinin dəstəyi ilə keçiriləcək yarmarkada 20 işəgötürən mexaniki mühəndis, baş mühasib, sürücü, aşpaz, qazanxana operatoru, nasos operatoru, yanğınsöndürən, xilasedici və digər vəzifələr üzrə 121 vakansiya təqdim edəcək.

Aktiv məşğulluq tədbirində təqdim olunan vakansiyalara uyğun namizədlərdən qeydiyyatdan keçmələri tələb olunacaq. Bundan əlavə, işsiz şəxslər və iş axtaranlar agentliyin aktiv məşğulluq proqramları və müraciət prosesi barədə məlumatlandırılacaqlar.
1 dəqiqədən az