XƏBƏRLƏR / Hərbi

Laçında uçqun altında qalan hərbçi dəfn edildi

Yunis Vasif oğlu Abbasovla vida mərasimi Zaqatalada keçirilib

Laçında uçqun altında qalan hərbçi dəfn edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ötən gün Laçında bədbəxt hadisə nəticəsində həlak olan hərbçi dəfn edilib.

    APA-nın Şimal-qərb bürosunun məlumatına görə, 1981-ci il təvəllüdlü Zaqatala şəhər sakini, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Yunis Vasif oğlu Abbasovla vida mərasimi keçirilib. Mərasimdə hərbçinin ailə üzvləri, qohumları, onun qulluq etdiyi hərbi hissənin bir qrup sabit və əsgər heyəti, Zaqatala rayon İcra Hakimiyyəti aparatının nümayəndələri və rayon ictimaiyyəti iştirak edib. Vida mərasimindən sonra Y. Abbasov Zaqatala şəhər qəbiristanlığında dəfn olunub.

    Qeyd edək ki, müddətdən artıq xidmət edən hərbi qulluqçumuz Yunis Abbasov Laçında uçqun altında qalaraq vəfat edib. Mərhum üç övlad atası idi.