Laçında yeni səhər, yeni həyat... VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi təqdim edir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Misilsiz Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın genişmiqyaslı şəkildə aparıldığı rayonlardan biri məhz Laçındır. Qırx dörd günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbədən sonra sürətli şəkildə aparılan bərpa-quruculuq işləri Laçının gözəlliyinə gözəllik qatıb. Azad Laçın, doğma sakinləri ilə birlikdə xoş günlərini yaşayır. Laçında yaradılan yeni iş imkanları – kənd təsərrüfatı, xidmət sahələri, turizm və tikinti sektoru əhalinin sosial rifahını gücləndirir.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Laçın şəhərinin görüntülərini hazırlayıb.