XƏBƏRLƏR / Təbiət

Lənkəranda zəlzələ olub

Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzi xəbər verir

Lənkəranda zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 12-də yerli vaxtla 19:54-də Lənkəran rayonunda maqnitudası 3.6 bal, dərinliyi 12 km zəlzələ qeydə alınıb.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun ilkin məlumatına əsasən, zəlzələ 3 bala qədər hiss olunub.